Əhalinin tələbatlarına uyğun olaraq bütün müştəri seqmentlərinə yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş KREDLİZİNQ MMC bu istiqamətdə təkliflərini və məhsullarını artırmağa davam edir.

Belə ki, Kredlizinq MMC xüsusi kampaniya keçirir. Avqust ayının 5-dən oktyabr ayının sonunadək davam edən kampaniya çərçivəsində avtomobil lizinqi almaq istiyən müştərilər müraciət edərək, komissiyasız avtomobil lizinqi əldə edə biləcəklər. Üstəlik avtomobillərin kasko sığorta olunması da şirkət hesabına qarşılanacaqdır. Bu xüsusi aksiya həm 24 aylıq, həm də 36 aylıq avtomobil lizinqi məhsullarına şamil olunur. Sərfəli şərtlərlə, komissiyasız və pulsuz kasko sığortadan bütün vətəndaşlar müraciət edərək faydalana bilərlər. Online qeydiyyat mövcuddur.