Lizinq Məsləhət Proqramı


Kredlizinq Məhdud Məsuliyyətli Cəmiyyəti 11 may 2022-ci il tarixindən Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına iştirakçı olaraq qoşulmuşdur. Bu əməkdaşlıq şirkətimizin ölkədə inkişaf etməkdə olan kapital bazarlarında yaxından iştirakçı olmağa eləcədə müasir maliyyə alətlərindən istifadə etməyə şərait yaradacaqdır.
Kredlizinq Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Əmlak Ekspert Mərkəzi arasında 13 may 2022-ci il tarixində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Əmlak Ekspert Mərkəzi ölkənin dinamik inkişaf edən əmlak bazarının əsas iştirakçılarındandır və bu sahədə çoxşaxəli təcrübəyə malikdir. Bu əməkdaşlıq Kredlizinq MMC tərəfində lizinq obyekti kimi qəbul edilən əmlakların Əmlak Ekspert Mərkəzinin təcrübəsindən yaralanaraq daha adekvat şəkildə qiymətləndirilməsinə köməklik göstərəcəkdir.