Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə şirkətimiz öz tövhəsini verməkdədir. Belə ki, elektrikli avtomobillərin lizinqə verilməsi şərtləri digərləri ilə müqayisədə daha əlverişlidir. Bu sahədə fəaliyyətimizin genişləndirilməsi məqsədilə elektrikli avtomobil istehsalçısı olan şirkətlərin ölkəmizdə olan nümayəndəlikləri ilə danışıqlar aparılmaqdadır. Yaşıl iqtisadiyyata dəstək məqsədilə günəş və külək enerjisi avadanlıqlarına daha rəqabət qabiliyyətli şərtlərlə lizinq xidmətləri də təklif edilməkdədir.

