Missiyamız
KREDLİZİNQ MMC olaraq missiyasımız müştərilərə geniş çeşidli lizinq məhsulları təklif etməklə şəffaf və optimal şərtlərlə fəaliyyət göstərməkdir. Biz müştərilərin maliyyə ehtiyaclarını qarşılamağa yönəlmiş innovativ məhsullar təqdim etməklə və yüksək müştəri xidməti göstərməklə uzunmüddətli əməkdaşlığı təmin etmək üçün çalışırıq. Öz fəaliyyətimizdə lizinq sahəsi üzrə qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəmizdə tətbiq edirik. Şirkətimizin bütün səyləri müştərilərlə birlikdə iqtisadiyyatın real sektorunun təmsilçiləri üçün ən əlverişli maliyyə lizinqi məhsullarının və xidmətlərinin hazırlanmasında, sahibkarlara rəqəmsal kanallar vasitəsilə xidmət göstərilməsində, eləcə də Azərbaycan bazarının dayanıqlı inkişafına dəstək verəcək ən yaxşı dünya ölkələri təcrübələrinin tətbiq edilməsində cəmlənmişdir.