Bütün fərdi sahibkar və hüquqi şəxslər.
Vergi məcəlləsinin 140.1-ci maddəsinə əsasən Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış etdiyindən lizinq alarkən eyniləşdirmə nömrəsinin olması mütləqdir.
Avtomobil lizinqi məhsulu üzrə ilkin ödəniş avtomobilin bazar dəyərinin 30%-nə qədərdir.
Bizim lizinq məhsulları üzrə maksimum müddət 36 aydır.
İcbari Sığorta haqqında qanuna əsasən avto nəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığortalanması məcburidir.
Lizinq predmetlərinin mövcud risklərə qarşı könüllü sığortalanması şirkətin Lizinq Siyasətinə əsasən mütləqdir.
Dövlət orqanlarında lizinq predmetinin qeydiyyata alınması lizinq şirkətinin nümayəndəsi tərəfindən həyata keçirildiyindən lizinq alanın iştirakə vacib deyil.
Bəli, əsas borc azalan qrafiklə hesablandığından lizinq alan artıq ödəmələr etdikdə faiz xərclərinin azalmasından yararlana bilər.

Lizinq alınması üçün müraciət