“KREDLİZİNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “MPAY” Qapalı Səhmdar Cəmiyyəti arasında 22 Yanvar 2024-cü il tarixində lizinq ödənişlərinin terminal vasitəsilə qəbul edilməsinin həyata keçirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu əməkdaşlıq şirkətimizin müştərilərinə ölkənin bütün ərazisində Emanat və Mpay ödəniş terminallarından istifadə etməyə şərait yaradacaq və lizinq ödənişlərinin fasiləsiz olaraq qeyri iş günlərində də adekvat şəkildə qəbul edilməsini mümkün edəcəkdir. “MPAY” QSC ölkənin dinamik inkişaf edən online ödəniş bazarının əsas iştirakçılarındandır və bu sahədə çoxşaxəli təcrübəyə malikdir. İki tərəfli əməkdaşlıq ölkənin maliyyə inklüzivliyinin gücləndirilməsinin prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir.