Təsisçilətin ümumi yığıncağının qərarına əsasən cəmiyyətin kapital dayanıqlığını təmin etmək məqsədilə, nizamnamə kapitalının artırılması həyata keçirilmişdir. Bu isə cəmiyyətin müştərilər qarşısında öhdəliklərinin yerinə yetirilməsi,müasir çağırışlara cavab verməsi,eyni zamanda mümkün maliyyə risklərinə qarşı daha dayanıqlı fəaliyyət göstərməsi üçün əsas amillərdən biri kimi qiymətləndirilir. Təsisçilərin ümumi yığıncağında gələcəkdə də kapital artımı istiqamətində əlavə addımların atılması barədə razılıq əldə edilmişdir